“Arda komandada qalacaq” Ançelotti İdmanXəbər

10.12.2024

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Real”ın baş məşqçisi Karlo Ançelotti Arda Gülerin komandadakı gələcəyi ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis heyətdəki gənc oyunçuları qoruduqlarını bildirib. O, türkiyəli futbolçunun “Real”dan ayrılmayacağını açıqlayıb:

“Arda və Endrik komandada qalacaq. Onlar daha çox oynaya bilər. Hər matç ən yaxşı heyəti meydana buraxmaq istəyirəm. Gənclərə qarşı səbrli olmalıyıq”.

Türkiyəli yarımmüdafiəçi bu mövsüm çıxdığı 19 matçda 1 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью