Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərək onu yanına çağırması gündəm olub. Mbappe Arda Gülərə "Hadi, gedək! Arda, gəl, birlikdə çıxaq! Birlikdə çıxaq! Hadi!" deyə müraciət edib.
Dünyanın tanınmış futbolçularından biri olan Mbappenin Arda Güləri xüsusi olaraq yanında görmək istəməsi azarkeşlərin də diqqətindən yayınmayıb. "Real Madrid"də getdikcə daha çox ön plana çıxan türkiyəli futbolçunun komanda yoldaşları ilə münasibəti də bu görüntülərlə gündəmə gəlib.
Qeyd edək ki, "Barselona" ilə matçda Mbappe 87-ci dəqiqədə fərqlənərək komandasının qələbəsinə mühüm töhfə verib. Qarşılaşmadan sonra yayılan görüntülər isə "Real Madrid" futbolçuları arasındakı yaxınlığı və komanda ruhunu əks etdirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)