Arda Mbappenin qolunu “oğurladı” VİDEO

22.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ÇL-in əsas mərhələsinin 3-cü turu çərçivəsindəki "Real Madrid" – "RB Leypziq" qarşılaşmasında maraqlı bir an olub.

“Yeni Sabah” xəbər verir ki, Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatan matçda Arda Gülər Kilian Mbappenin qolunu "oğurlamaqla" diqqət mərkəzinə düşüb.

Görüşün 52-ci dəqiqəsində Mbappenin topu başla rəqib qapısına yönəldib. Onsuz da qolla nəticələnmək üzrə olan topa qapı xətti üzərində olan Arda Gülər toxunub. Bununla da o, qolu öz aktivinə yazdırıb.  pizza mizza

Matçdan sonra "Real Madrid TV"yə danışan A.Gülər epizoda zarafatyana münasibət bildirərək Mbappenin qolunu "oğurladığını" etiraf edib. Fransız hücumçunun da bu vəziyyətə anlayışla yanaşdığı və iki futbolçu arasında hər hansı incikliyin olmadığı diqqətə çatdırılıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью