Arda mükafat qazandı

09.10.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın “Real” klubunda sentyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafata Arda Güler layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Arda bu mövsüm La Liqada 7 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Türkiyəli yarımmüdafiəçi mükafatla bağlı klubun saytına açıqlamasında bunları söyləyib:

“Komandada özümü çox yaxşı və vacib biri kimi hiss edirəm. Mükafat qazandığım üçün qürurluyam. Ümid edirəm ki, bu mövsüm çoxlu titullar əldə edərik və mən də öz növbəmdə töhfəmi verərəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью