Arda mükafat qazandı: “Özümə inanıram”

08.11.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Real”da oktyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, türkiyəli yarımmüdafiəçi Arda Gülerdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Arda ötən ay keçirdiyi 4 oyunda 1 məhsuldar ötürmə edib.

Türkiyəli futbolçu mükafatla bağlı bunları deyib:

“Azarkeşlərimiz hər zaman yanımızdadır, bizə dəstək olur. Ümid edirəm ki, mövsümün sonunda da onları sevindirə bilərik.

Mükafata gəlincə, özümə inanıram. Mövsümə yaxşı başlamışıq və məşqçilər korpusunun mənə inam verməsi çox önəmlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью