Arda Qalatasaraydan sonra Fənərbaxçanı da dizə gətirdi

21.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Superliqasının 17-ci turunda "Eyüpspor" "Fənərbaxça"nı qəbul edib.

Metbuat.az xəbər verir ki, oyun 1-1 hesabı ilə yekunlaşıb. Oyunda hesab 26-cı dəqiqədə açılıb. Ahmet Kutucu fərqlənib. "Sarı-lacıvərdlilər"i məğlubiyyətdən xilas edən qolu isə Yussef En-Neseri 45+4-cü dəqiqədə rəqib qapısından keçirib.

36 xalı olan "Fənərbağça" 41 xala malik lider "Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə 29 xalla "Samsunspor" qapayır. Arda Turanın çalışdırdığı "Eyüpspor" bundan əvvəl 3-3 ilə yekunlaşan oyunda "Qalatasaray"dan da xal almışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью