Arda qol vurdu, Real qələbə qazandı

31.08.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə İspaniya çempionatında III turun oyunları davam edir.

"Apasport"un xəbərinə görə, "Real Madrid" doğma meydanda "Malyorka"nı qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Madrid təmsilçisi Vedat Muriçin qoluna Arda Güler və Vinisius Juniorun qollarıyla cavab verib.

Bundan əlavə ev sahibi komandanın 3 qolu VAR-dan qayıdıb.

Mbappenin 2 və Ardanın 1 qolu sayılmayıb.

Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran kral klubu turnir cədvəlində liderliyə yüksəlib.

"Malyorka" isə 1 xalla 18-ci yerdə qərarlaşıb. 

“Qalatasaray” və “Fənər” transferdə yenidən qarşı-qarşıya “Çelsi”nin futbolçusu rəsmən “Milan”da Premyer Liqadan Bundesliqaya - RƏSMİ “Fənər”də ciddi itki “Çelsi”nin forvardı addım-addım “Bavariya”ya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью