Arda ​​Real Madriddə 5ci kubokunu qazandı

19.12.2024

Icma.az, News24 saytına istinadən bildirir.

FİFA Qitələrarası Kubokun finalında İspaniya nəhəngi “Real Madrid” və Meksikanın “Paçuka” komandası üz-üzə gəlib.

News24.az xəbər verir ki, final Qətərdə oynanılıb. Madrid-lilər finalda Meksikanın "Paçuka" komandasını 3:0 hesabı ilə məğlub edib.

"Real Madrid" Çempionlar Liqasının çempionu kimi iştirak edib.

Qeyd edək ki, Madrid-də qolları Mbappe, Rodriqo və Vinisius Junior vurub.

Arda Gülər 88-ci dəqiqədə oyuna daxil olub. Milli futbolçu Real Madrid-də 5-ci dəfə kubok sevincini yaşayıb.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью