Arda “Real”ın tarixinə düşdü: 21ci əsrdə beləsi olmamışdı

15.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Dekabrın 14-də İspaniya çempionatının 17-ci turunda “Rayo Valyekano” “Real”ı qəbul edib. Görüş 3:3 hesablı heç-heçə başa çatıb.

Publika.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Arda Gülər ​​bu oyunda 2 məhsuldar ötürmə edib.

Beləliklə, Gülər ​​cari əsrdə bir La Liqa matçında iki məhsuldar ötürmə edən ən gənc “Real” futbolçusu olub.

Qarşılaşma vaxtı yarımmüdafiəçi 19 yaş 293 günlük olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью