Arda Turan: “Arda Gülər mənim qardaşımdır, amma...”

22.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın keçmiş futbolçusu, hazırda "Şaxtyor Donetsk" klubunun baş məşqçisi kimi fəaliyyət göstərən Arda Turan qarşıdan gələn "El Klassiko" oyunu ilə bağlı diqqətçəkən bəyanat verib.

“Yeni Sabah” xəbər verir ki, əcrübəli mütəxəssis "Real Madrid"də çıxış edən gənc ulduz Arda Gülərə olan doğma münasibətinə baxmayaraq, prinsipial matçda sabiq komandasını dəstəkləyəcəyini bildirib:

“El Klassiko”da “Barselona” qalib gəlsin. Arda Gülər mənim qardaşım olsa da, “Barselona” klubunu dəstəkləyirəm. Eyni şəkildə, o, “Fənərbaxça”da oynasa da, mən “Qalatasaray” azarkeşiyəm. O, mənim qardaşımdır, amma meydanda rəqibik." Toyuqlu pizza

Arda Turan Kataloniya təmsilçisinə olan sevgisini və klubun onun üçün daşıdığı xüsusi dəyəri də vurğulayıb:

“Barselona” mənim üçün nə ifadə edir? Onlar qəlbimdədir. “Barselona” başqa bir səviyyə, başqa bir fəlsəfədir. Onları sevirəm və böyük hörmət bəsləyirəm." 

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью