Arda Turan Atletikoya qayıdır?

19.11.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın "Atletiko Madrid" klubu baş məşqçi Dieqo Simeoneni əvəzləmək üçün indidən hazırlıqlara başlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, artıq yeni baş məşqçi namizədləri də bəlli olub. 

İspaniya mediasının xəbərlərinə əsasən, Madrid təmsilçisi post-Simeone dövrünə hazırlaşır. Məqsəd 13 ildir komandanı idarə edən mütəxəssisin ayrılığını minimum zərərlə ötürməkdir. 

Siyahının başında Arda Turan var. Türk mütəxəssis Madrid təmsilçisinin əfsanələrindən biridir. Buna görə də Simeone sonrası komandanın unudulmaz futbolçularından birinə əmanət edilməsi gündəmdədir. Siyahıda Fernando Torres, Gabi, Filipe Luis kimi klubun başqa əfsanələri də var.

Elmir
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью