Arda Turan: Bəlkə də Şaxtyor u məndən daha yaxşı çalışdıra bilərdi”

04.12.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Şaxtyor”un baş məşqçisi Arda Turan U-19 komandasının çalışdırıcısı Oleksiy Belik haqqında açıqlama verib.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis həmkarı barədə bunları deyib: 

“Şaxtyor U-19-un həqiqətən möhtəşəm bir baş məşqçisi var. Onun gördüyü işi bəyənirəm və bütün təşəbbüslərini dəstəkləyirəm. Bəlkə də "Şaxtyor"u məndən daha yaxşı çalışdıra bilərdi”.

Bundan öncə Oleksiy Belik Arda Turanla arasındakı tək fərqin sosial mediadakı izləyici sayı olduğunu bildirmişdi: 

“Arda əla futbolçu idi, amma özümü məşqçi kimi ondan zəif görmürəm. Onun məndən yeganə üstünlüyü Instagram-da milyonlarla izləyicisinin olmasıdır”.

Qeyd edək ki, Arda Turan "Şaxtyor"la 28 matçda 17 qələbə, 4 məğlubiyyət və 7 bərabərliklə yadda qalıb. 

Juninyo Braziliyada çempion oldu "Arsenal"dan qələbə, "Çelsi" və "Liverpul"dan xal itkisi - YENİLƏNİB "Napoli", "Atalanta" və "İnter" 1/4-də - YENİLƏNİB "Real" 3 xalı 3 qolla qazandı - Mbappe ulduzlaşdı “Beşiktaş”ın əfsanə futbolçusu vəfat edib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью