Arda Turan İspaniya klubuna gedir?

27.12.2024

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Arda Turan La Liqa klubunun baş məşqçisi ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ajansspor” məlumat yayıb.

Bildirilib ki, türkiyəli mütəxəssis İspaniya La Liqasında Çempionlar Liqası səviyyəsində bir klubla razılaşmaq üzrədir.

Onun 10 gün ərzində “Eyüpspor”dan ayrılması gözlənilir.

Qeyd edək ki, Arda məşqçilik karyerasına 2023-cü ilin aprelində “Eyüpspor”da başlayıb.

Xatırladaq ki, Turan futbolçu karyerasında İspaniyanın “Atletiko” və “Barselona” klublarında formda geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью