Arda Turan PSV ilə oyundan danışdı

11.09.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Arda Turan PSV ilə oyundan danışdı

“Şaxtyor”un (Ukrayna) baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda PSV ilə 1:1 hesablı heç-heçəni şərh edib.

QOL.az xəbər verir ki, türkiyəli mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında komandasının çıxışından razı qaldığını bildirib:

“Matçdan əvvəl məndən soruşsaydınız, heç-heçəyə çox sevinəcəyimi deyərdim. Amma indi bunu qeyd etmirik. Sadəcə, bu turnirdəki arzumuzun arxasınca getməyə yaxşı başladığımız üçün məmnunuq.

Futbolçularımla fəxr edirəm. Mən özüm də taktiki baxımdan çox şey öyrəndim. PSV-yə qarşı, bu stadionda 90 dəqiqə ərzində yaxşı oynamaq mümkün deyil. Amma futbolçularım möhkəm dayandılar”.

Çempionlar Liqasının 2-ci turunda “Şaxtyor” oktyabrın 14-də AEK-lə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью