Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın “Şaxtyor” komandası Arda Turanın baş məşqçiliyi altında ilk oyuna çıxıb.
QOL.az xəbər verir ki, Donetsk təmsilçisi Sloveniyadakı yay təlim-məşq toplanışı çərçivəsindəki yoxlama matçında Xorvariyanın “Qoritsa” klubu ilə üz-üzə gəlib.
Oyun “Şaxtyor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 51-ci dəqiqədə Eqinaldu vurub.