Arda Turan TFF nin təklifini geri çevirdi

09.10.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

Türkiyə Futbol Federasiyası (TFF) Donetsk "Şaxtyor"unun baş məşqçisi Arda Turana Ukrayna klubundakı vəzifəsini tərk etmədən Türkiyə millisinə rəhbərlik etmək təklifi ilə müraciət edib. Sport24.az xəbər verir ki, bu barədə "SuperHaber" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 39 yaşlı məşqçi ilə danışıqlar heç başlamayıb. Belə ki, Turan dərhal mövqeyini açıq şəkildə bildirib.

O, eyni vaxtda iki vəzifəni icra etməkdə maraqlı olmadığını və bütün diqqətini "Şaxtyor"dakı işinə yönəltmək istədiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью