Arda Turandan növbəti qələbə “Şaxtyor” zirvədə

30.10.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Premyer Liqasında XI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” doğma meydanda “Obolon”u qəbul edib.

Donetsk təmsilçisi qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.

İlk hissədə qapılara qol vurulmayıb. Matçın 70-ci dəqiqəsində Alison hesabı açıb. Braziliyalı futbolçu 85-ci dəqiqədə yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasının qələbəsini təmin edib.

Qeyd edək ki, “Şaxtyor” bu qələbədən sonra xalını 28-ə çatdıraraq Ukrayna Premyer Liqasının turnir cədvəlində liderliyini davam etdirib.

Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir İngiltərə Liqa Kuboku: “Everton” 1/4 finalda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью