Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Şaxtyor Donetsk” Ukrayna Premyer Liqasında yeni mövsümə böyükhesablı qələbə ilə başlayıb.
Futbolpress.az xəbər verir ki, son çempion ilk tur çərçivəsində “Arena Lvov”da “Kudrivka” ilə qarşılaşıb. Alisson və Artur Dumanyukun qarşılıqlı qolları ilə birinci hissəsi 1:1 hesabı ilə başa çatan matçda “Şaxtyor” ikinci yarıda üstünlüyü ələ alaraq 5:1 hesablı darmadağına imza atıb. Dönüş hissəsində Kaua Elias Nogeyra (hett-rik) və Luka Meyrelles fərqləniblər.
Bu qələbədən sonra Türkiyə millisinin sabiq ulduzu Arda Turanın baş məşqçisi olduğu klub top fərqinə görə turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.