Arda Turanın “Şaxtyor”u yarımfinalda

16.04.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Arda Turanın rəhbərlik etdiyi Ukraynanın “Şaxtyor Donetsk” klubu UEFA Konfrans Liqasında yarımfinala vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, turnirin 1/4 final mərhələsində Hollandiyanın “AZ Alkmaar” klubu ilə qarşılaşan “Şaxtyor” iki oyunun nəticəsinə görə rəqibini üstələyib.

İlk oyunda doğma meydanda rəqibini 3:0 hesabı ilə darmadağın edən “şaxtaçılar” cavab oyununda səfərdə 2:2 hesablı heç-heçə edərək ümumi hesabda 5:2-lik qələbəni bayram ediblər.

Qeyd edək ki, “Şaxtyor Donetsk”in yarımfinaldakı rəqibi “Kristal Pelas”-“Fiorentina” cütlüyünün qalibi olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью