Arda üçün 150 milyon avro rədd edilib

19.09.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Real” yay transfer dönəmində Arda Güler üçün 150 milyon avroluq təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Defensa Central” portalı məlumat yayıb. Premyer Liqadan adı açıqlanmayan klub türkiyəli yarımmüdafiəçi üçün “kəsənin ağzını açıb”.

“Real”ın prezidenti Florentino Peres təklifi qəbul etməyib.

Arda bu mövsüm La Liqada 4 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью