Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Arda Gülerin Türkiyənin 2026-cı il Dünya Kuboku Avropa Seçmə mərhələsinin son oyununda İspaniya ilə səfər matçında meydana çıxmaması müzakirələrə səbəb olmuşdu.
Metbuat.az xəbər verir ki, Türkiyənin baş məşqçisi Vinçenzo Montella milli pley-offa vəsiqəni təmin etdiyi üçün Ardaya şans verməyib. Bildirilir ki, Arda sarı vərəqə limitində olub və növbəti sarı vərəqə onun pley-offun ilk oyununda heyətdən kənarda qalmasına səbəb olacaqdı. Xəbərə görə, Arda 2-2 hesabı ilə yekunlaşan oyundan əvvəl "Real Madrid" tərəfinə oynamayacağını və qərarın səbəbi barədə məlumat verib.
O, "Real Madrid"ə fiziki problemlərinin olmadığını və sarı vərəqə limiti səbəbi ilə oynamayacağını bildirib.