Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir

12.11.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Türkiyə millisinin gənc ulduzu Arda Gülərin gələcəyi ilə bağlı transfer iddiası gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, futbolçu çıxış etdiyi "Real Madrid"lə yeni müqavilənin şərtləri barədə razılığa gələ bilməyib.

"Ajansspor"un yaydığı məlumata əsasən, Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçiyə illik 8 milyon avro maaş təklif edib. Lakin Arda Gülərin bu məbləği qəbul etmədiyi bildirilir.

Türkiyəli futbolçunun xidmətində Fransa nəhəngi PSJ-nin də maraqlı olduğu iddia edilir. Paris klubunun Ardanın transferi üçün "Real Madrid"ə 200 milyon avro ödəməyə, futbolçunun özünə isə illik 22 milyon avro məvacib verməyə hazır olduğu irəli sürülür.

Bu təklifdən sonra "Real Madrid" rəhbərliyinin Arda Gülerə daha yüksək maaşla yeni müqavilə təqdim edə biləcəyi gözlənilir.

Diqqətçəkən məqamlardan biri də mümkün transferdən "Fənərbağça"nın əldə edə biləcəyi gəlirdir. İddiaya əsasən, İstanbul klubunun futbolçunun növbəti satışından 20 faiz pay hüququ var. Arda 200 milyon avroya PSJ-yə keçərsə, "Fənərbağça"nın bu sövdələşmədən 40 milyon avro qazanacağı bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью