Ardanın yeni mövsümdə oynayacağı klub bəlli oldu

12.12.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Karlo Ançelottinin rəhbərliyi altında "Real Madrid"in start heyətində az oyun şansı əldə edən Arda Gülerin klubdakı karyerası müzakirə edilir.

Milli.Az xəbər verir ki, dünyaca məşhur italyan jurnalist Fabrizio Romano Ardanın növbəti mövsümdə oynayacağı komandanı açıqlayıb. Bununla bağlı Romano X-də paylaşım edib. Onun sözlərinə görə, Arda "Real"da qalmaq istəyir. Bildirilir ki, həm klub rəhbərliyi həm də işçiləri Ardanın istedadına güvənir. Məlumata görə, klub rəhbərliyi Ardanın klubda mühüm fiqur olacağını hesab edir. Xəbərdə deyilir ki, Arda üçün bir sıra təkliflər olsa da, onun başqa kluba transferi mümkün deyil.

Qeyd edək ki, bundan əvvəl Arda Gülerin mövsümün fasiləsində icarə əsasında başqa kluba getmək istədiyi iddia edilmişdi. İddialara görə, Arda mövsümün sonuna qədər əsas heyət oyunçusu ola biləcək klubda futbol oynamaq istəyir. /metbuat.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью