Ardaya daha bir Avropa nəhəngi elçi düşdü

20.11.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Real"ın və Türkiyə millisinin futbolçusu Arda Güləri transfer etmək istəyir.

Milli.Az report-a istinadən xəbər verir ki, London klubu 19 yaşlı futbolçunu qış "transfer pəncərəsi"ndə icarəyə götürə bilər.

Onun "Real"dakı durumundan narazı olduğu və bu səbəbdən İngiltərə təmsilçisinin ona təklif göndərdiyi bildirilir.

Qeyd edək ki, A.Gülər cari mövsüm "Real"ın heyətində 12 oyunda meydana çıxsa da, məhsuldarlıqla yadda qalmayıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью