Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
"Real Madrid"in futbolçusu Arda Güler İngiltərə nəhəngi “Mançester Siti”nin transfer hədəfinə çevrilib.
Apasport.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Şəhərlilər” 19 yaşlı ulduzu heyətinə qatmaq üçün təxminən 100 milyon avro ödəməyə hazırdır.
Xəbərdə bildirilir ki, Pep Qvardiola Arda Gülerə xüsusi simpatiya bəsləyir və onun oyun üslubunun komandasının sisteminə tam uyğun olduğunu düşünür.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisində məhdud şanslar qazansa da, potensialı ilə Avropanın top klublarının diqqətini cəlb etməyə davam edir.
II Liqa: 4 turun oyun cədvəli bəlli olub Ayxan Abbasov: “Qurbanovun öz işi, mənim öz işim var” Elvin Bədəlov: “Mbappeni yox, Fransanı fikirləşirik” Didye Deşam: “Məqsədimiz qələbə qazanmaqdır” AFFA-nın “Neftçi” qorxusu: Sağlam rəqabət yox, cəza siyasəti