Icma.az, Axar.az saytına istinadən bildirir. Adətən Qurban bayramında ardıcıl qeyri-iş günləri səbəbilə istirahətini bölgələrdə keçirmək ist
Bu isə ənənəvi olaraq qiymətlərə təsirsiz ötüşmür. Otellərdə, kirayə evlərdə və restoranlarda bahalaşma müşahidə olunur.
Artıq bəzi vətəndaşlar bu vəziyyətin hər bayramda təkrarlanmasından narazılıq edirlər.
Bayramda bölgələrdə qiymətlərin süni şəkildə artırılması hansı səbəblərlə bağlıdır? Bu vəziyyət yenə müşahidə ediləcəkmi?
Axar.az xəbər verir ki, turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Globalinfo.az-a açıqlamasında həftəsonları, bayram günləri və tətil ərəfələrində bölgələrdə yerləşən otellərə, restoranlara tələbatın əhəmiyyətli dərəcədə artdığını bildirib.
“Təklif olunan qiymətlər süni şəkildə artırılmır, çünki qiymət formalaşması tələbat əsasında baş verir.
Ardıcıl qeyri-iş günləri olan kimi insanlar istirahət üçün regionlara və ya ölkə xaricinə üz tutur.
Belə hallarda birdən-birə artan tələbat, təbii olaraq, qiymətlərə təsir edir və onların yüksəlməsinə səbəb olur”.