Ardıcıl 69 ev oyununu dolu tribunalar önündə keçirib

30.08.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Fransa çempionatının 3-cü turunda “Lans” və “Brest” arasında keçirilən oyun (3:1) yenidən dolu tribunalar önündə baş tutub.

İdman.biz xəbər verir ki, "Lans"ın “Bollar-Dölelis” stadionunda keçirdiyi ardıcıl 69 rəsmi matça bütün biletlərin satıldığı açıqlanıb.

Tribunalarda yenə 38 mindən çox azarkeş olub.

Rəsmi olaraq 38 233 tamaşaçı tutumuna malik stadion 1933-cü ildə inşa edilib.

2025/26 mövsümündə 3 oyun keçirən “Lans” 6 xalla Liqa 1-in turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью