Ardıcıl dörd gün qeyri iş günüdür

26.06.2025

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bu gündən dörd günlük tətil başlayıb.

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib.

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü iş günü hesab edilmir, 21 iyun isə şənbə gününə təsadüf edib.

Bu il 28 iyun şənbə günü, 29 iyun bazar günüdür. Beləliklə, 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günüdür, 21 iyun isə iş günü olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью