Ardıcıl dördüncü dəfə çempion oldu

05.04.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

PSJ ardıcıl dördüncü dəfə Fransa Liqa 1-in qalibi olub.

Modern.az xəbər verir ki, XXVIII turda öz meydanında "Anje"ni 1:0 hesabı ilə üstələyən Paris klubu çempionluğunu rəsmiləşdirib.

Luis Enrikenin baş məşqçisi olduğu komanda bu qələbə ilə xallarını 74-ə çatdıraraq, vaxtından əvvəl qızıl medalları təmin edib. Paytaxt təmsilçisi mövsümün sonuna 6 tur qalmış ən yaxın izləyicisi "Monako"nu 24 xal qabaqlayır.

Qeyd edək ki, bu, PSJ-nin ümumilikdə 12-ci Fransa çempionluğudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью