Ardıcıl ikinci dəfə Baloqun matçın ən yaxşısı seçildi

20.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ millisinin hücumçusu Folarin Baloqun 2026-cı il dünya çempionatında ardıcıl ikinci oyunda FIFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, 24 yaşlı forvard Avstraliya üzərində 2:0 hesablı qələbədə məhsuldar çıxışı ilə fərqlənib.

Baloqun 11-ci dəqiqədə Börqessin avtoqoluna səbəb olan epizodda həlledici rol oynayıb.

ABŞ bu qələbə sayəsində pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib. 

Baloqun daha əvvəl Paraqvayla görüşdə də matçın ən yaxşı oyunçusu seçilmişdi. Həmin qarşılaşmada o, iki qol vuraraq ABŞ millisinin 4:1 hesablı qələbəsində əsas pay sahibi olmuşdu. 
Qeyd edək ki, ABŞ millisi D qrupunda keçirdiyi ilk iki oyundan sonra 6 xal toplayıb və son turda Türkiyə ilə qarşılaşacaq. 

Braziliyadan A Seriyasına - Kaiki “Komo”da İkardi ilə yollar ayrılır? - Okan Burukdan açıqlama Pulişiç Avstraliya ilə oyunu buraxacaq - Son dəqiqə İran FIFA-ya şikayət edəcək - Yığmaya yenə məhdudiyyət qoyuldu “Atletiko” Qrimaldo ilə razılaşdı - Leverkuzenlə danışıqlar başlayır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью