ARDNF bu il Şahdənizdən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb

06.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 416,174 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2.8 dəfə azalma deməkdir.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.11.2024 tarixinə) 115,409 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azalma deməkdir.

Xatırladaq ki, ötən il ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.01.2024 tarixinə) 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью