ARDNF I rübdə büdcə öhdəliyini tam icra edib

08.04.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin I rübündə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 3 milyard 620,3 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 425 milyon manat və yaxud 13,3 % çoxdur.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, rüblük ödəniş tam icra edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью