ARDNF in aktivləri 67 milyard dollara yaxınlaşıb | Icma.az
525.az saytından alınan məlumata görə, Icma.az bildirir. Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 66 milyard 515,
525.az bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu ilin yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 8 milyard 833 milyon man
Yarın il ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 5 milyard 743,2 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından
Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 4 milyard 427,3 milyon manat, "Şahdəniz" yatağından isə 423,3 milyon manat vəsait daxil olub.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 3 milyard 89,8 milyon manat olub.
Hesabat dövründə ARNDF dövlət büdcəsinə 7 milyard 240,5 milyon manat transfert edib (6 ay ərzində Azərbaycan Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 3 milyard 718,1 milyon ABŞ dolları məbləğində vəsait satıb), “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat yönəldib, idarəetməyə isə 13,8 milyon manat xərcləyib.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 9 milyard 468,7 milyon manat təşkil edib.
Aktivlərin artımı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.
Tam oxu
Xəbəri oxu