ARDNF in investisiya portfeli 13 mlrd. dollardan çox artıb

27.01.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

2026-cı ilin yanvar ayının 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli 73 milyard 539.7 milyon ABŞ dolları təşkil edib.

APA-Economics” xəbər verir ki, ümumi investisiya portfelinin 38.2%-ni qızıl, 29.8%-ni istiqraz və pul bazarı alətləri, 25.6%-ni səhmlər, 6.4%-ni daşınmaz əmlak təşkil edir.

Qeyd edək ki, cari ilin yanvar ayının 1-nə investisiya portfelinin 25.9%-i Avropa, 23.9%-i Şimali Amerika, 8%-i Asiya, 1.4%-i Yaxın Şərq, 0.9%-i Avtraliya, 0.1%-i isə Cənubi Amerika regionunda cəmləşib.

2025-ci il üçün ARDNF-nin investisiya portfeli üzrə toplam gəlirliliyi 6.2% olub. İstiqrazlar üzrə gəlirliliyi 1.8%, səhmlər üzrə 4.3%, daşınmaz üzrə gəlirlilik isə 0.1% təşkil edib.

Xatırladaq ki, ARDNF cəmi investisiya portfeli ötən ilin əvvəli ilə müqayisədə 22.5% və ya 13 milyard 510.2 milyon ABŞ dolları artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью