ARDNF in pul vəsaitləri 79 % artıb

21.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 5 milyard 593,625 milyon manat məbləğində pul vəsaitlərinə və onların ekvivalentlərinə malik olub.

Bakıvaxtı.az Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 79 % çoxdur.

İl ərzində pul vəsaitlərinin qurumun aktivlərindəki payı isə 3,3 %-dən 5,45 %-ə yüksəlib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью