ARDNF nin büdcəsinin icrasına rəy verilib

31.07.2025

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Hesablama Palatası 2025-ci il iş planına və 24 aprel 2025-ci il tarixli Kollegiya iclasının qərarı ilə təsdiq edilmiş proqrama əsasən Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditini aparıb, qurumun 2024-cü il büdcəsinin icrasına rəy verib.
Reyting.az
xəbər verir ki, bu haqda Palata açıqlama yayıb.
Bildirilib ki, auditor hesabatının hazırlanmasında “Hesablama Palatası haqqında” qanunun 22.13-cü maddəsinin, Hesablama Palatası Kollegiyasının 7 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları”nın, Hesablama Palatasının Kollegiyasının 7 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş Maliyyə auditinə dair təlimatın və INTOSAI-ın peşəkar bəyanatlar çərçivəsinin (IFPP – INTOSAI Framework of Professional Pronouncements) tələbləri nəzərə alınıb və yaxud müvafiq istinadlar edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью