Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Neft Fondunun (ARDNF) bu ilin 31 dekabr 2025-ci il tarixinə cəmi investisiya portfeli 73 539,7 milyon dollar təşkil edib.
Banco.az bu barədə Fonda istinadən xəbər verir.
Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 70,4%-ni ABŞ dolları təşkil edir.
Məlumata görə, vəsaitlərin 17,5%-ni avro, 4,9%-i ingilis funt sterlinqi, 2,2%-i Çin yuanı, 1,3%-i Yapon yeni, 3,7%-ni digər valyutlar təşkil edib.
Fondun portfelində valyutalar bu şəkildə qərarlaşıb: ABŞ dolları: $51 772,4 mln., avro: €10 926,5 mln., İngilis funt sterlinqi: £2 659,3 mln., Çin yuanı: CNY 11 447,5 mln., Yapon yeni: JPY 150 938,9 mln., digər valyutalar: $2 703,0 mln.
Bizi sosial şəbəkələrdən izləyin!!