Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yol hərəkəti qaydalarına əməl edilməməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb olmaqda davam edir. Xüsusilə sürət həddinin aşılması, hərəkətə başlamazdan əvvəl təhlükəsizlik qaydalarına riayət olunmaması və düzgün manevr etməmək qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumatda bildirilib ki, sürət, hərəkətə başlama və manevretmə qaydalarının pozulmasının nəticəsi qəzadır. Son anda qəzadan yayınmaq isə ya mümkün olmur, ya da faydasız qalır.
Qeyd olunub ki, sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir.
Vurğulanıb ki, sürücülər sürətlə nəqliyyat vasitəsini idarə etməyin ölüm və xəsarətlə nəticələnə biləcəyini də yaxşı bilməlidirlər.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bu halları nəzərə almağı və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi tövsiyə edir. Əks halda, nəticələrin ağır və qaçılmaz olacağı bildirilib.
Oxunub 0