Arestoviç: “Ukrayna parçalana bilər” VİDEO

05.06.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Ukrayna prezidentinin ofisinin keçmuş müşaviri Aleksey Arestoviç öz Telegram-kanalında belə bəyanat yayımlayıb.
“1991-ci il sərhədləri daxilində tanıdığımız Ukrayna artıq yoxdur. Hansısa başqa Ukrayna olacaq. Bəlkə də onlar bir neçə olacaq. Dövlətlərin sərhədləri heç vaxt bir yerdə dayanmayıb, onlar dəfələrlə dəyişib”, - siyasətçi deyib.
Arestoviç: "Zelenski yardımlardan korrupsiya sxemi qurub" Onun fikrincə, ruslar, ukraynalılar və belaruslar vahid “meta-məkan” təşkil edir.
- Burada istədiyiniz qədər dövlət ola bilər, amma etik və sivilizasiya məkanı birdir”, - Ukrayna prezidenti ofisinin keçmiş müşaviri vurğulayıb.
Bundan əvvəl Arestoviç Ukrayna ordusuna silahlar almaq üçün vəsait toplamaqdan imtina edib. O, su, dərman və təxliyyə avadanlıqları kimi qeyri-döyüş məqsədləri üçün vəsait toplamaqda davam edəcəyini bildirib. Keçmiş müşavir söyləyib ki, bunun hərbçilərin “həyatlarının xilasına kömək edəcəyi" təqdirdə Ukrayna ordusuna vəsait köçürməyi planlaşdırır.
Bu ilin mart ayında Aleksey Arestoviç rusiyalı bloger Nikolay Sobolevə müsahibəsində Ukrayna prezident Volodimir Zelenskini milyardlarla dollar dəyərində “korrupsiya sxemləri” yaratmaqda ittiham edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью