Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
O, Vladimir Zelenskinin amerikalı bloger Leks Fridmana rus dilində müsahibə verməkdən imtina etməsinə münasibət bildirib.
Arestoviç iddia edib ki, Ukrayna prezidentinin ofisi hər kəsin rus dilində danışdığı bir məkandır. “Bütün danışıqlar rus dilində aparılır.
Pərdəarxası gedən söhbətlər də bu dildə baş tutur. Prezidentin ofisi rusca danışılan bir yerdir.
İstisnasız olaraq hamı, o cümlədən Zelenski də bu dildə söhbət edir. Bu həmişə həmişə belə olur...”, – Arestoviç deyib.
Onun sözlərinə görə, prezident ofisində işlədiyi 2,5 illik dövrdə elə bir görüş olmayıb ki, orada danışıqlar rus dilində aparılmasın.
Hazırda da eyni vəziyyət davam edir. Tural Tağıyev AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.