Argentina “10” nömrəsini kimə həvalə edəcək?

01.09.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messinin milli komandadakı karyerasını başa vurması ölkəsində daha bir müzakirəyə səbəb olub.

QOL.az xəbər verir ki, 39 yaşlı futbolçu avqustun 31-də Argentina millisindən getdiyini açıqlayıb. Bununla da onun uzun illər geyindiyi 10 nömrəli formanı kimin daşıyacağı gündəmə gəlib. “Marca” nəşrinin məlumatına görə, bu forma üçün Nikolas Paz, Aleksis Mak Allister, Enso Fernandes və Tiaqo Almadanın adları çəkilir.

Argentinada 10 nömrənin Messiyə ehtiram olaraq istifadədən çıxarılması təklif olunsa da, FİFA qaydaları buna imkan vermir.

Qeyd edək ki, oxşar hal Dieqo Maradona ilə bağlı da yaşanıb. 2001-ci ildə Argentina Futbol Assosiasiyası 10 nömrəni istifadədən çıxarmaq istəsə də, FİFA buna icazə verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью