Argentina BMTnin Livandakı sülhməramlı kontingentindən hərbçilərini çıxaracaq AZƏRTAC

20.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Argentina hökuməti öz hərbçilərini BMT-nin Livandakı Müvəqqəti Qüvvələrindən çıxarmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, 10 min nəfərlik beynəlxalq kontingentə 48 ölkədən əsgər və zabitlər, o cümlədən Argentina ordusunun üç hərbçisi daxildir. Müvəqqəti Qüvvələrin rəsmi nümayəndəsi Argentina hakimiyyətinin bu qərarının səbəblərini şərh etməkdən imtina edib.

Qeyd edək ki, İsraillə “Hizbullah” hərəkatı arasında son iki ayda gedən döyüşlərdə 20-dən çox sülhməramlı yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью