Argentina Braziliyaya qalib gəldi, DÇ 2026 ya vəsiqə qazandı

26.03.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Argentina və Braziliya milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.

QOL.az xəbər verir ki, Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 14-cü turunda sözügedən komandalar Buenos-Ayresdəki "Mas Monumental" stadionunda ilə üz-üzə gəliblər. Görüşdə Argentina 4:1 hesablı qələbə qazanıb.

Nəticədə Argentina xallarının sayını 31-ə çatdırıb və mundialın əsas mərhələsinə vəsiqəni təmin edib. Braziliya isə 21 xalla 3-cüdür.

Argentina Cənubi Amerikadan DÇ-2026-ya vəsiqə qazanan ilk komandadır. Kanada, ABŞ, Meksika isə turnirin ev sahibləri kimi yarışda birbaşa iştirak hüququna malikdirlər. 

Argentina - Braziliya - 4:1

Qollar: Alvares, 4, Fernandes, 12, Mak Allister, 37, Simeone, 71 - Kunya, 26

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью