Argentina çempionundan Almaniya çempionuna

04.01.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Bayer-04” heyətinə yeni futbolçu cəlb edib.

Bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb. Almaniyanın son çempionu Argentina çempionatının son qalibi “Veles Sarsfild”dən Alexo Sarkonu transfer edib. 18 yaşlı hücumçu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Alexo Argentina U-20 yığmasının üzvüdü. O, son mövsümdə “Veles Sarsfild”də 14 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью