Argentina ciddi itki ilə üzləşdi

07.06.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Argentina millisi dünya çempionatının startı ərəfəsində oyunçularından birini itirib.

Fanat.Az xəbər verir ki, "Olimpik Marsel"in mərkəz müdafiəçisi Leonardo Balerdi zədə səbəbindən milli komandadan kənarlaşdırılıb.

Bu barədə Argentina millisinin mətbuat xidməti rəsmi olaraq məlumat yayıb. Tibbi müayinə zamanı 27 yaşlı futbolçunun sağ ayağının baldır əzələsində zədə olduğu və bu səbəbdən dünya çempionatında iştirak etməyəcəyi müəyyən edilib.

Balerdinin bərpa müddətinin iyulun sonuna qədər davam edəcəyi təxmin olunur, ona görə də turnirin sonuna kimi sağalmağa vaxtı olmayacaq.

Müdafiəçi Argentina millisində 11 oyunda iştirak edib.

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Son dünya çempionu Argentina millisi J qrupunda Əlcəzair, Avstriya və İordaniya milli komandaları ilə mübarizə aparacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью