Qol.az saytına istinadən Icma.az xəbər verir.
FİFA DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qələbədən sonra Argentina millisinin nümayiş etdirdiyi siyasi məzmunlu bannerlə bağlı araşdırma başladacaq.
QOL.az xəbər verir ki, bu barədə "COPE" nəşri məlumat yayıb.
Bildirilir ki, FİFA-nın siyasi bayraq, şüar və simvolların nümayişini qadağan etməsinə baxmayaraq qurum dünya çempionatı başa çatana qədər Argentina millisinə heç bir sanksiya tətbiq etməyəcək.
Xatırladaq ki, Argentina futbolçuları İngiltərəni 2:1 hesabı ilə məğlub etdikləri yarımfinal görüşündən sonra meydançaya üzərində "Malvin adaları Argentinanındır" yazılan bannerlə çıxmışdılar.
Qeyd edək ki, Argentina iyulun 19-da keçiriləcək DÇ-2026-nın finalında İspaniya millisi ilə üz-üzə gələcək.