Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq

15.07.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın yarımfinalında Argentina ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, "The Telegraph" nəşrinin məlumatına görə, almaniyalı mütəxəssis rəqibin güclü tərəflərini yüksək qiymətləndirib:

"Argentina millisinin bəzi futbolçularını tanıyıram, bəziləri ilə birlikdə işləmişəm. Onların üstünlüyü hiss olunur. Bunu həm qol buraxanda, həm də gərgin oyunlarda görmək mümkündür. Onları məğlub etmək çox çətindir. Reallıq budur ki, qarşımızda çox güclü rəqib var. Bu komanda dörd il əvvəlki Argentina ilə demək olar ki, eynidir.

Onların güclü komanda olduqlarını, komanda naminə hansı fədakarlıqlara getdiklərini görmək olur. Hesabda geri düşəndə belə öz oyun üslublarına inanırlar. 

Onlar tarixlərindən də güc alırlar. Bu, onlar üçün çox böyük əhəmiyyət daşıyır. Bizi nəyin gözlədiyini bilirik. Ancaq biz də emosional komandayıq. Lazımi səbir və xarakterə sahibik. Argentina ilə mübarizəyə tam hazırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью