Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19.07.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina milli komandası İspaniya ilə keçiriləcək dünya çempionatı finalı ərəfəsində azarkeşləri heyrətləndirən maraqlı statistik təsadüflərlə gündəmə gəlib.

Apasport.az xəbər verir ki, futbolsevərlər 19, 7 və 4 rəqəmlərinin bir araya gəldiyi bir sıra məqamların çempionluq yolunda bir işarə olduğuna inanırlar.

Sözügedən təsadüflərin detalları aşağıdakı kimidir:

Lionel Messi Argentina forması ilə karyerasındakı ilk dünya çempionatı oyununda 19 nömrəli formada çıxış edib.

Argentina 2026-cı il dünya çempionatı prosesində rəqib qapılarına 19 qol vurub, öz qapısında isə 7 qol görüb.

İngiltərə ilə oyunda eyni vaxtda meydana daxil olan 7 nömrəli De Paul, 19 nömrəli Otamendi və 4 nömrəli Montiel azarkeşlərin diqqətini çəkən 19, 7 və 4 ardıcıllığını yenidən formalaşdırıb.

Argentina 7-ci ayın 19-da, 4-cü dünya çempionluğu üçün İspaniya ilə qarşılaşmağa hazırlaşır.

Argentina azarkeşləri bu ardıcıl təsadüflərin bir uğur göstəricisi olduğunu və komandanın çempionluğa daha yaxın olduğunu düşünürlər.

Qeyd edək ki, final matçı iyulun 19-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Kris Oulai “Fiorentina”da – 30 milyon avroluq transfer Messi: "Yamalla finalda oynamaq inanılmazdır" “Aston Villa”dan 60 milyonluq transfer “Samsunspor”dan “Panatinaikos”a - RƏSMİ "Liverpul"da yeni müqavilə - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью