futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Argentinanın “Boka Xuniors” klubunun futbolçuları Ander Herrera və Nikolas Fiqal “Benfika” ilə matçda qırmızı vərəqəyə görə cəzalanıb.
Futbolpress.az “Reuters”ə istinadən xəbər verir ki, hər iki futbolçu 4 oyunluq diskvalifikasiya olunub. Həmin görüşdə “Benfika”nın heyətində “qırmızı” alan Andrea Belotti isə 2 oyunluq cəzalanıb.
“Boka Xuniors”un futbolçuları hakim qərarına sərt etiraza görə qovulmuşdu.
Matç bərabərliklə başa çatıb – 2:2.