Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Argentina millisinin kapitanı Lionel Messi Misirlə keçirilən oyundan sonra açıqlama verib.
Redaktor.az xəbər verir ki, bu barədə argentinalı futbolçu Lionel Messi qarşılaşmadan sonra bildirib.
Messi komanda yoldaşlarına təşəkkür edərək qeyd edib ki, meydanda hər zaman onların dəstəyini hiss edir.
"Mən bu gün meydanda komanda yoldaşlarım sayəsində idim. Bəzən kifayət qədər qaça bilmədiyim anlarda onlar əlavə güc sərf edir, boşluqları bağlayırlar. Bunu da bütün qəlbləri ilə edirlər", - deyə Messi bildirib.
Argentinalı ulduz milli komandada çıxış etməyin onun üçün böyük xoşbəxtlik olduğunu vurğulayıb.
"Argentina mənim xoşbəxtliyimdir. Uzun müddətdir ailəmlə vaxt keçirə bilmirdim. Cəmi bir neçə gün qısa istirahət edə bildim. Amma milli komandada birlikdə olmaq mənə böyük zövq verir. Bu komanda son 8 ildə mənə saysız-hesabsız xoşbəxt anlar yaşadıb", - Messi qeyd edib.
O, komandanın qarşısında hələ böyük hədəflərin olduğunu bildirib:
"Bizim yolumuz bu gün bitə bilməzdi. Çünki hələ uğrunda mübarizə aparacağımız çox şey var. Hamıya qarşı mübarizə aparmaq üçün buradayıq və əlimizdən gələni edəcəyik. Heç vaxt təslim olmayacağıq".
Messi qarşılaşmadan sonra göz yaşlarını saxlaya bilmədiyini də açıqlayıb. O bildirib ki, qaçırdığı penaltiyə görə özünə çox əsəbiləşib.
"Bütün hisslərimi sərbəst buraxdım. Çünki qaçırdığım penaltiyə görə özümə çox əsəbiləşmişdim. Ən vacib anda komandamı yarı yolda qoyduğumu düşündüm və onları məyus etdiyim üçün özümə qəzəbləndim", - deyə argentinalı futbolçu bildirib.
Messi sonda bərabərlik qolunu vurduğu üçün Allaha şükür etdiyini və yaşanan sevincin sözlə ifadə olunmayacaq qədər böyük olduğunu qeyd edib.
Aminə ŞAHSUVARQIZI